ABŞ prezidenti borc və defisitlə bağlı razılığın avqust ayının 2-nə qədər əldə edilməli olduğunu deyib

  • Amerikanın səsi

ABŞ prezidenti borc və defisitlə bağlı razılığın avqust ayının 2-nə qədər əldə edilməli olduğunu deyib

Birləşmiş Ştatlar prezidenti Barak Obama Konqres liderləri ilə borc və defisitlə bağlı razılığın avqust ayının 2-nə qədər əldə edilməli olduğunu deyib. Cənab Obama deyib ki, razılıq əldə edildiyi təqdirdə Birləşmiş Ştatlar iqtisadiyyatının yenidən əvvəlki səviyyəyə qaytarılması üçün lazımi investisiya qoyuluşuna imkan veriləcək.

Müxbirlərlə görüşü zamanı prezident iqtisadiyyatda tənəzzülün əsasən az gəlili insanlarla yanaşı, hamıya təsir etdiyini deyib. Cənab Obama iqtisadiyyatda sabitliyi bərpa etmək və tənəzzülü aradan qaldırmaq üçün administrasiyasının ciddi addımlar atdığını bildirib.

.