ABŞ-ın vitse-prezidenti Co Bayden Bəhreyn şahzadəsi Salman Bin Həmad Əl-Xəlifəni müxalifətlə siyasi islahatlarla bağlı dialoqa səsləyib. Ağ Evin bəyanatında bildirilir ki, cənab Bayden müxalifətlə dialoqun vacibliyini önə çəkərək, dialoq üçün qanun-qaydaya riayət edilməli olduğunu deyib. Bəhreynin ən böyük şiə müxalif qrupu Əl-Vəfaq Küveytin sünni hökumətlə danışıqlara vasitəçilik etmək təklifini alğışlayıb. Bəhreyndə son bir ayda etiraz aksiyaları keçirilir.Azlıq təşkil edən şiələr siyasi azadlıq tələb edir.