Virciniya ştatının Vinçester şəhərində kiçik bir ev qapısını ziyarətçilərin üzünə avqust ayında açıb. Bu ev 30 yaşında dünyasını dəyişmiş, Amerikanın bir zamanlar ən çox sevilən qadın vokalistlərindən birinin evi olub.
Pətsi Klaynın (Patsy Cline) “Greatest Hits” albomunun 10 milyon nüsxəsi satılıb. O, bu evdə 16-21 yaşlarında ailəsi ilə birlikdə yaşayıb.
Cudi Sui Hayet-Kempf Pətsi Klayn ev-muzeyinin direktorudur.
“O, bura köçdükdən sonra yerli vokal müsahibəsində iştirak edir, kilsədə ifa edirdi”-deyə Cudi bildirir.
Pətsidən 6 yaş balaca olan Brannon uşaqlıqda tez-tez onunla bir yerdə olub: “Burada onun anası, qardaşı, bacısı və özü yaşayırdı. Onlar maddi baxımdan çətin günlər keçirirdilər.”
Brannonun uşaqlıq xatirələri bu evin 1940-ci illərdəki variantda bərpa olunmasına kömək edib. O, 50 ildən sonra nəhayət ki, Vinçester şəhərinə bibisi qızını şöhrəndirməsinə görə təşəkkür edir.
Pətsini Vinçesterə bağlayan başqa amillər də var. Onun pərəstişkarları vokalistin qəbrini illər uzunu burada ziyarət edib.
Ancaq Hayet-Kempf deyir ki, pərəstişkarlar ev-muzeyinin açılışını çoxdan gözləyirdi: “Bu bir Pətsi tarixidir, o burada gəzib, yeyib, yatıb. Ev balaca olduğu üçün biz içəriyə 20-dən çox insanın daxil olmasına icazə vermirik. İlk 5 gündə 600 insan buranı ziyarət edib”.
Mayk Gibbons Babe Ruth ev-muzeyinin direktorudur. O deyir ki, Ruth ilk idman ulduzu olub: “O, idman agenti olan ilk idmançı idi. Ruth əmtəə məhsullarını reklam edən ilk idmançı olub”.
Ruthun doğum yerinin 1960-cı ildə dağıdılması planlaşdırılsa da, Baltimor sakinləri evi bərpa edib və 40 ildir ki, onu ev-muzeyi kimi qoruyur.
Hazırda evdə Ruthun həyatını əks etdirən çoxsaylı eksponatlar var.
Ancaq heç də bütün tarixi evlər belə lüks olmur. Baltimorun ən qədim evi olan bu ev Amerikanın görkəmli yazıçısı Edqar Allan Ponun evidir.
Po əsasən qorxulu şeirləri və hekayələri ilə tanınır.
Ponun çardağı otağın o zamanki vəziyyəti şəklində dizayn edilib.
Bu ev-muzeyin gələn ilin iyunundan sonra ictimaiyyətə qapanacağı ehtimal olunur.