ABŞ-ın "İpək Yolu" ansamblı Novruz şənliyində Azərbaycan rəqslərini ifa etdi

ABŞ-ın "İpək Yolu" ansamblı Novruz şənliyində Azərbaycan rəqslərini ifa etdi


Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin martın 20-də Novruz bayramı münasibətilə təşkil etdiyi şənlikdə ABŞ-ın “İpək Yolu” ansamblı Azərbaycan rəqslərini ifa etdi.

“İpək Yolu” rəqs ansamblı 1995-ci ildə yaradılıb. Ansamblın bədii rəhbəri Lorel Viktorya Qreydir. Ansambl UNESCO-nun sponsorluğu ilə Özbəkistanda keçirilən Şərq Təranələri festivalında çıxış etmək hüququ qazanmış ilk Amerika rəqs qrupudur.

“İpək Yolu” ansamblının zəngin repertuarına Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin xalq rəqsləri daxildir. Rəqs ansamblının bütün üzvləri amerikalılardır.

Aşağıdakı videoda "İpək Yolu" rəqs qrupunun solistinin Novruz şənliyində ifa etdiyi Azərbaycan rəqsinə baxa bilərsiniz.

http://www.youtube.com/embed/DcrkH3gK_jY