ABŞ prezidenti Barak Obama deyib ki, Əfqanıstanda on il əvvəl başlanmış müharibədən sonra amerikalılar daha təhlükəsizdirlər. Bu gün müharibənin başlanmasınının 10-cu ildönümü günü prezident Barak Obama döyüşlərdə həlak olan 1800 amerikalı əsgər, çoxlu Əfqan və koalisiya qüvvələrinin əskərlərini və Əfqanıstanda xidmət göstərərkən həyatını itirən hər kəsi salamladı. Cənab prezident eyni zamanda bildirib ki, ABŞ əl-Qaidəni məğlub etməyə indi həmişə olduğundan daha yaxındı. 2011-ci ilin sentyabr ayının 11-i baş vermiş terrorçu hücumdan bir aydan da az sonra ABŞ əl-Qaidə lideri Üsamə Bin Ladeni ələ keçirmək üçün Əfqanıstanda hərbi əməliyyata başladı.
Prezident Obama bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstan və İraqdakı müharibələri məsuliyyətli şəkildə başa çatdırır.
Ancaq Afqanıstanın prezidenti Həmid Karzay bildirib ki, hökuməti və onun beynəlxalq partnyorları Əfqanların təhlükəsizliyinin təminində nailiyyətsiz olublar. O BBC-yə verdiyi müsahibədə deyib ki, NATO, Birləşmiş Ştatlar və qonşu Pakistan münaqişənin əvvəlində diqqətlərini Talibanın sığınacaqlarının məhv edilməsi üzərində cəmləşdirməliydilər. O, Pakistanda bəzi qurumların Talibləri himayə etdiyi barədə ittihamlarını təkrar etsə də Pakistan belə iddiaları qəbul etmir.