ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi içtimai obyektlərə mümkün hücumlar barədə xəbərdarlıq edir

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi içtimai obyektlərə mümkün hücumlar barədə xəbərdarlıq edir

Birləşmiş Ştatlar hökuməti ekstremistlərin kimya və neft emalı zavodları, eləcə də nüvə obyektləri də daxil edilməklə ictimai obyektlərə hücum edə biləcəkləri barədə xəbərdarlıq edir. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin həftəlik bülletenində ekstremistlərin ictimai obyektlərdə iş yerləri əldə etdikləri və həmin obyektlərdə işləyənlərlə təmas qurmağa çalışdıqları deyilir.

Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü hələlik əldə real təhlükə barədə sübut olmadığını desə də, bülletendə 2000-ci il 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində Əl-Qaidənin terror hücumları həyata keçirə biləcəyi deyilir.