ABŞ-ın BMT-dəki səfiri: İranın xalqa güc tətbiq etməkdə Suriya hakimiyyətinə köməyi barədə sübutlar var

ABŞ-ın BMT-dəki səfiri: İranın xalqa güc tətbiq etməkdə Suriya hakimiyyətinə köməyi barədə sübutlar var

Amerika və Suriya müxalifəti Suriyada xalqa qarşı güc tətbiqində İranın köməyi olduğunu bildirir. İran isə təkzib edir.

“Media forum” saytı xəbər verir ki, ABŞ-ın BMT-dəki səfiri Süzan Rays İranın Suriyada baş verən hadisələrə müdaxilə etdiyini deyib. “Bizim əlimizdə İranın xalqa güc tətbiq etməkdə Suriya hakimiyyətinə kömək göstərməsi haqda sübutlar var. Biz bunu bilirik və bu bizi narahat edir”.
Agentlik bildirir ki, Suriya müxalifəti İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Suriyanı zəbt etdiyini və yüksək rütbəli hərbi məmurların “Sepah” komandirlərinin əmri ilə hərəkət etdiyini iddia edir.
İranın “Fars” agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ittihamları təkzib edərək deyib. “Belə ittihamlar həqiqəti əks etdirmir. Bu ittihamlar ABŞ-a diqqəti baş verən hadisələrdən yayındırmaqla region xalqlarına informasiya və mənəvi təzyiq göstərmək üçün lazımdır”.