ABŞ-ın birinci xanımı Cənubi Afrika və Botsvanaya səfər edəcək

  • Amerikanın səsi

ABŞ-ın birinci xanımı Cənubi Afrika və Botsvanaya səfər edəcək

Ağ Evin verdiyi bəyanata görə, ABŞ-ın birinci xanımı Mişel Obama bu ayın sonunda Cənubi Afrika respublikası və Botsvanaya səfər edəcək. İyun ayının 21-də başlayacaq beş günlük səfəri çərçivəsində xanım Obama gənclər arasında liderlik, təhsil,səhiyyə məsələlərini müzakirə edəcək. Amerikanın birinci xanımı Cənubi Afrikanın Yohannesburq vəKeyp Taun, Bostsvananın Qaboron şəhərlərini ziyarət edəcək. Ağ Evin bəyatanatında Cənubi Afrika Amerikaın iqtisadi və siyasi tərəfdaşı kimi qiymətləndirilir. Təbbi resurslardan səmərəli şəkildə istifadə edən Bostvana isə iqtisadi vəziyyətinə görə təqdir edilir. Mişel Obamanı qızları Malia və Saşa müşayiət edəcək.