ABŞ-ın 38 ştatında uşaqlar son 10 ildə daha da yoxsullaşıb

  • Amerikanın səsi

ABŞ-ın 38 ştatında uşaqlar son 10 ildə daha da yoxsullaşıb

Annie E. Casey fondunun illik araşdırmalarının nəticəsinə görə, ABŞ-ın 38 ştatında uşaqlar son 10 ildə daha da yoxsullaşıb. 2000-ci ildə bu göstərişi 17 faiz təşkil edirdisə, 2009-cu ildə 20 faizə yüksəlib. Beləliklə yoxsul uşaqların sayı 2.5 milyon nəfər artıb. Ən sonuncu yerdə Mississippi ştatı yer alıb. Nyu-Hampşir ştatı uşaqların sosial təminatı baxımından öndə gedir. Ekspertlər yoxsul uşaqların sayının artacağını proqnozlaşdırır. Annie E. Casey fondunun araşdırması körpələr arasında ölüm, yeniyetmə yaşlarında doğum, tək valideyn kimi 10 əsas factora əsaslanıb.