ABŞ-ın maliyyə naziri Çini iqtisadi islahatlara çağırıb

  • Amerikanın səsi

ABŞ-ın maliyyə naziri Çini iqtisadi islahatlara çağırıb

ABŞ-ın maliyyə naziri Timoti Qaytner Çini bazarlara uyğun şəkildə valyuta mübadiləsi də daxil edilməklə, iqtisadi islahatlara çağırıb. Çin-ABŞ Biznes Şurasında danışan nazir deyib ki, gələn həftə iqtisadi məsələlər Çin rəsmiləri ilə müzakirə ediləcək. O, Çin valyutasının möhkəmləndirilməsinin Amerika ilə Çin arasında ticarət natarazlığını azaltmaqla yanaşı, inflyasiya səviyyəsini də endirə biləcəyini deyib. Timoti Qaytner Çin valyutası yuanın dəyərinin iyun ayından bəri ABŞ dolları qarşısında 5 faiz artdığını deyib. Lakin ABŞ qanunvericiləri və istehsalçıları Çinin valyutasını 40 faiz aşağı saxlamaqla, Çində istehsal edilən malların dünya bazarlarında ucuz satışına nail olduğunu bildirir.