ABŞ iqtisadiyyatı: Satış rəqəmləri məyusedicidir

  • Amerikanın səsi

ABŞ iqtisadiyyatı: Satış rəqəmləri məyusedicidir

ABŞ-da satış noyabrda 0.2 faiz artıb ki, bu rəqəm ötən aydakına nisbətən azdır və iqtisadçıların proqnozlarına uyğun gəlmir.

Bu günün rəqəmlərini Ticarət Nazirliyi açıqlayıb. Ekspertlər satış rəqəmlərini diqqətlə izləyirlər, çünki istehlakçı xərcləmələri ABŞ iqtisadiyyatının 70 faizini təşkil edir.

Bu gün ABŞ Mərkəzi Bankının sələm faizlərini son üç ildə ən aşağı səviyyədə saxlayacağı gözlənilir.

Sələm faizlərinin aşağı saxlanılması yüksək işsizlik və düşən ev qiymətlərindən əziyyət çəkən iqtisadiyyatı dirçəltmək məqsədi güdür.

Federal Ehtiyatlar Bürosu iqtisadi dirçəlişi sürətləndirmək üçün bir sıra addımlar atıb. Bu addımlar sırasına iri həcmdə qiymətli kağızlarına alınması daxildir ki, uzun dönəmli sələm faizləri endirilmiş vəziyyətdə qalsın.