Yüksək rütbəli ABŞ hərbi rəsmiləri bu gün İsrailə qısa müddətli səfər ediblər. Rəsmilər səfər əsnasında İranın nüvə proqramına dair məsələni həll etmək barədə fikir ayrılıqlarını müzakirə edəcəklər.
Birgə hərbi qərargahlar rəisi və ordu generalı Martin Dempsi baş nazir Benjamin Netənyahu, prezident Şimon Peres, müdafiə naziri Ehud Barak və hərbi qərargahlar rəisi general Benni Qanzla görüşməlidir.
Görüşün məzmunu barədə dəqiq rəsmi məlumat verilməyib. Lakin İsrail mətbuatı yazır ki, görüşdə ABŞ rəsmilərinin İsraili İrana qarşı müdafiə xarakterli hərbi hücum həyata keçirməməyə çağıracaqları gözlənilir. İsrail hələ ki, məsələ ilə bağlı seçim etməyib. Hələlik ABŞ İrana qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinə üstünlük verir.