ABŞ dəniz qüvvələrinin admiralı Mayk Mallen 4 günlük Çin səfərinə başlayıb. Pekin isə bu arada Filippinlə Vyetnam arasındakı Cənubi Çin dənizində su ərazisi münaqişəsinə cəlb edilib. Renmin universitetində keçirilən görüş zamanı admiral deyib ki, ABŞ Sakit okeanı höfzəsində qüdrətini saxlayacaq. O, regional problemlərin olduqca böyük və həllərinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. Admiral problemlərin Pekinlə Vaşiqnton arasında anlaşılmazlıqlara görə həlsiz qalmasına yol verilməməsinin vacibliyini vurğulayıb. Filippin, Vyetnam, Bruney və Tayvan Cənubi Çin dənizində ərazi iddiasındadır.