Yaponiyada martın 11-ində baş vermiş zəlzələ və sunamidən sonra zərər çəkmiş yerlərin bərpa olunmasında qoşunlar, əsasəndə ABŞ hərbi qüvvələri böyük rol oynayır.
Narrator: Minlərlə evi viran qoyan dağıdıcı sunamidən üç həftə sonra İşinomaki icmasında Minato adlı orta məktəb hələdə dağıntılar içindədir.
Qalın palçıq qatları məktəbin həyətini bürüyüb, əzilmiş və aşmış avtomobillər ətrafa səpələnib və məktəbin içərisindən çıxardılmış töküntü yığışıdırılıb aparılmağı gözləyir.
Bugün bu iş ABŞ Dəniz korpusunun üzərinə düşür. Kapitan Adan Maldonado məktəbin bərpası yolunda işlər görən kiçik ABŞ qruplarından birinin rəhbəridir.
Adan Maldonado: `Biz Sahə əməliyyatının üçüncü günündəyik. Bu əməliyyatda dənizçilər və Fuji tapşırıq qüvvəsinin əsgərləri nəhəng avadanlıqlarla məktəbin həyətini təmizləmək üçün iştirak edirlər. Dünən biz içəridən az yaşlılardan tutmuş 18 yaşa qədər uşaqlara aid 312 çanta, şirniyyat və başqa tullantıları çıxartdıq.`
ABŞ hökuməti fəlakət günü Yaponiyaya tam yardım göstərdi. Sonrakı işlərin əksəriyyəti Yaponiyaya daimi göndərilmiş 38000 ABŞ hərbiçisinin üzərinə düşür.
Yapon dilində dost adlanana Tomodaçi Əməliyyatının bayrağı altında ABŞ hərbçiləri əraziyə 260 tondan çox yardım təchizatı gətirib, işə 160 təyyarə cəlb edib və okean üzərindən 5000 kvadrat kilometr məsafəni qət edərək sağ qalan insanları axtarıblar. Onlar eyni zamanda yardım təchizatının bir başa qəza regionuna gətirilməsi məqsədi ilə sunamidən zərər çəkmiş Sendai havalimanını təmizləyiblər.
Adan Maldonado:`Mahiyyətcə biz Yaponiyanın mülki müdafiə qüvvələrini dəstəkləmək funksiyasını daşıyırıq. Belə ki, onlar hər hansısa kömək üçün bizə müraciət edər etməz biz həmin yerə gələrək onlara kömək edirik. Qarşılaşdığımız insanlar bizə öz minnətdarlıqlarını bildirirlər.`
Bazar ertəsi Birləşmiş Ştatların hərbi qüvvələri Yaponiyanın müdafiə naziri Toşimi Kitazavadan ən böyük təşəkkür qəbul etdilər. O, ABŞ-ın Yaponiyanın müttəfiqi olduğuna görə çox ruhlandığını və fəxr etdiyini bildirib.
İşinomaki orta məktəbi yerləşən yerdən baxarkən çayın o biri tərəfində yaşıl çadırlardan buxar soyuq havaya qalxır. Bu çadırların əksəriyyəti qazsız olan şəhərə kömək məqsədi ilə yapon qoşunları tərəfindən quraşdırılmış duş bölmələridir.