Qoran Haciç həbs edilib

  • Amerikanın səsi

Qoran Haciç həbs edilib

BMT-nin keçmiş Yuqoslaviyada Müharibə Cinayətlərinə dair Beynəlxalq Tribunalının müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə axtarışda olanlar siyahısında sonuncu şəxs-Qoran Haciç həbs edilib.

1958-ci ildə anadan olan Qoran Haciç Yuqoslaviyanın parçalanması və bundan sonra başlamış münaqişədən öncə ambardar işləyib. O, 1991-ci ildə serblərin Xorvatiyadan müstəqilliyi iğrunda mübarizə aparan və özünü Serbiya Krayina Respublikası elan etmiş Xorvatiya daxilində kiçik separatçı qrupları biləşdirən serb separatçı hərəkatının fəal üzvlərindən biri olub.

Beynəlxalq Tribunalın ittihamnaməsi 1991-ci il iyunun 25-i və Qoran Hadciçin 1993-cü il dekabrda Serbiya Krayina Respublikasının lideri vəzifəsindöən getdiyi dövrü əhatə edir. İttihamnamədə deyilir ki, o,cinayətlər yolu ilə Xorvatiya ərazisinin üçdə birini təşkil edən ərazini serblərin yaşadığı yeni dövlətin bir hissəsinə çevirmək üçün xorvatlar və digər qeyri-serb millətlərini oradan məcburi şəkildə köçürülməsi məqsədilə birgə cinayətlərdə iştirak edib.

Ona qarşı bəşəriyyətə qarşı və müharibə cinayətləri ittihamları irəli sürülüb. Onun ittiham olunduğu cinayətlərdən ikisi xüsusi qeyd edilir. Hər iki insident 1991-ci ildə baş verib. Yuqoslaviyada Müharibə Cinayətlərinə dair Beynəlxalq Trubunalın ittihamnaməsinə əsasən, Mina tarlasında Qırğın adlanan hadisə zamanı Haciçin komandanlıq etdiyi silahlı döyüşçülər həbs edilmiş 51 şəxsi mina tarlasından keçməyə məcbur edib. 21 nəfər mina və döyüş sursatının partlaması nəticəsinə ölmüşdür.

İkinci hadisə isə Vukovar Qətliamı adlanır. Beynəlxalq Tribunalın ittihamnaməsinə əsasən, serb əsgərlər 264 xorvat xəstəni Vukovar şəhər xəstəxanasından çıxarıb, onları şəhərin kənarına aparmış və sonra qətlə yetirmişdir.

Bu və başqa cinayətlərə görə, Yuqoslaviyada Müharibə Cinayətlərinə dair Beynəlxalq Tribunalın siyahısında sonuncu şəxs olan Qoran Haciç Haaqada Beynəlxalq Tribunal qarşısına çıxarılacaq. ABŞ Dövlət katibi Hillari Klinton bəyanatında bildirib:”Bütün dünyada qanunu pozan və mülki vətəndaşları hədəf alanlara güclü bir mesaj göndərilir:siz ədalətdən qaça bilməyəcəksiniz. Yuqoslaviyada Müharibə Cinayətlərinə dair Beynəlxalq Tribunalın ittiham irəli sürdüyü 161 şəxsin heç biri Tribunalın ədalət məhkəməsindən yayına bilməyib. Bu həbs beynəlxalq ədalətin təsirli olduğuna son sübut kimi xidmət edir.”