ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə:

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə:

Eynulla Fətullayev artıq terrorizm, defamasiya, irqlərarası zəmində nifrət toxumu səpmək və vergidən yayınma ittihamları ilə səkkiz il yarımlıq həbs cəzası çəkir ki, bütün bu ittihamları Avropa İnsan Haqları Məhkəməsi qeyri-qanuni elan edib.

Azərbaycanda mətbuat azadlığına ciddi təhlükələr mövcuddur ki, bu sıraya jurnalistlərin məhbəsdə saxlanılması daxildir. İyulun 6-da həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayev narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrum edilib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəsi cənab Fətullayevin əsasında həbs olunduğu ittihamları “qeyri-ehtimali” adlandırıb. ABŞ, Avropa İttifaqı, Norvec və başqaları məhkəmə hökmü ilə bağlı narahatlıqlarını ifadə ediblər. Amnesty International, Jurnalistləri Müdafiə Komitəsi və başqa QHT-lər Fətullayevin iyulun 6-dakı mühakiməsini hökumətin tənqidi yazılarla çıxış edən jurnalisti susdurmaq üçün işə saldığı son cəhd adlandırıb.

Eynulla Fətullayev artıq terrorizm, defamasiya, irqlərarası zəmində nifrət toxumu səpmək, və vergidən yayınma ittihamları ilə səkkiz il yarımlıq həbs cəzası çəkir ki, bütün bu ittihamları Avropa İnsan Haqları Məhkəməsi qeyri-qanuni elan edib. Məhkəmənin qərarında daha sonra bildirilir ki, cənab Fətullayevin 2007-ci ildə keçirilən məhkəməsi onun sərbəst ifadə hüquqlarını pozub; o, ədalətsiz mühakimə edilib, və “həbs cəzasının müəyyən edilməsi üçün heç bir əsas yoxdur.”

İnsan Haqları üzrə Avropa Konvensiyasına imza atmış Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etmək barədə öhdəlik götürüb. Əgər o, bu öhdəliyə əməl etməsə, onda Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı bir sıra cəzalandırıcı ölçülər götürə bilər.

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq deyib ki, “ifadə etdiyi baxışlara və ya fikirlərə görə həbs olunmuş hər kəs, o cümlədən Eynulla Fətullayev azadlığa buraxılmalıdır.” Həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Eynullanın azadlığa buraxılmasına səsləyib və Birləşmiş Ştatlar bu çağırışları dəstəkləyib. Sonuncu dəfə belə bir dəstək iyulun 7-də Dövət Departamentinin verdiyi bəyanatda izhar edilib.

ABŞ hökuməti Azərbaycan hökuməti də daxil olmaqla bütün hökumətləri mətbuat azadlıqlarına, o cümlədən ənənəvi və ya yeni internet mediası vasitəsilə sərbəst araşdırma və nəşr hüquqlarına tam hörmət etməyə səsləyir. ABŞ Dövlət Katibi Hillari Klinton Bakıda olarkən qeyd etdi ki, “vətəndaş cəmiyyətinin nümayəndələrinə hörmət ediləndə və onlara təhdid olmadan işləməyə icazə veriləndə demokratiyalar çiçəklənir və cəmiyyətlər inkişaf edir.”