ABŞ federal hökumətinin maliyyələşdirilməsinə dair razılıq əldə edilib

  • Amerikanın səsi

ABŞ federal hökumətinin maliyyələşdirilməsinə dair razılıq əldə edilib

ABŞ Senatı və Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsinə dair razılıq əldə edib. Bu gün Nümayəndələr Palatasında keçirilən səsvermə zamanı sənəd 296 lehinə, 121 əleyhinə səslə təsdiq edilib. Beləliklə hökumət 2012-ci ilin oktyabr ayınadək büdcə ilə təmin edilmiş olur. Sənəd sabah Senatda səsverməyə çıxarılacaq.

Nümayəndələr Palatasınən respublikaçı spikeri Con Beyner deyib ki, razılıq hər iki partiyadan qanunvericilərin əməkdaşlığı sayəsində təsdiq edilib.

Sabiq spiker Nensi Pelosi respublikaçıları bu mühüm sənədin təsdiqini son anadək yubatmaqda günahlandırıb. ABŞ prezidenti Barak Obama Konqresə təzyiq göstərərək, sənədin təsdiqini istəyir, Onun dediyinə görə 160 milyon amerikalı yeni ildə vergilərin artırılması ilə üzləşə bilər.

Federal agentliklərin fəaliyyətinin dayandırılmadı yüz minlərlə işçini maaşsız qoya bilərdi. Qanunvericilər vergilərin ixtisarına dair razılığı hələ də təsdiq etməyiblər.Vergi qanunun möhləti bu ayın sonu başa çatır.