ABŞ dövlət katibi: BMT-nin Təhlükəsizlik Şurası Ərəb Liqasının planını dəstəkləməlidir

  • Amerikanın səsi

ABŞ dövlət katibi: BMT-nin Təhlükəsizlik Şurası Ərəb Liqasının planını dəstəkləməlidir

ABŞ dövlət katibi BMT-nin Təhlükəsizlik Şurasını Ərəb Liqasının Suriya ilə bağlı planını dəstəkləməyə çağırmalıdır. Hillari Klinton deyib ki, Təhlükəsizlik Şurası 10 aylıq qarşıdurmaların sülh və sabitliyə hədə törətdiyinə dair beynəlxalq ictimaiyyətin narahtlıqlarını nümayiş etdirməklə hərəkət etməlidir. O, ABŞ-ın Suriya hökumətinin qəddar və zorakı ölçülərini qınadığını bildirib. Xanım Klinton Fransa və Britaniyanın xarici işlər nazirləri ilə bərabər Təhlükəsizlik Şurasının bugünkü sessiyasına qatılacaq. Britaniyanın baş naziri Deyvid Kameron Rusiyanı liqanın planını dəstəkləməyə çağırıb. Baş nazir deyib ki, Təhlükəsizlik Şurasının üzvləri “əlləri qana batanlar”ın qarşısını almalıdır.

Rusiya Qərb və Ərəb Liqasının səylərinin Suriyanı vətəndaş müharibəsinə sürükləyəcəyini bildirib. Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib ki, yeni təklif Suriyada kompromiz əldə edilməsini təmin etməyəcək.

Qərb Ərəb Liqasının planını dəstəkləmək məqsədi ilə qanun layihəsi üzərində işləyir. Sənəd prezident Bəşar Əl-Əsədin istefasına çağırır. Suriya planı ölkənin suverenliyinə zidd adlandıraraq rədd edib.