ABŞ diplomatı Pakistanda qətl ittihamları ilə üzləşir

ABŞ diplomatı Pakistanda qətl ittihamları ilə üzləşir

ABŞ iki pakistanlının qətlində təqsirləndirilən amerikalı diplomatın dərhal azadlığa buraxılmasını tələb edib. ABŞ hökuməti israr edir ki, diplomat qismində fəaliyyət göstərən Reymond Deyvis diplomatik immunitetə malikdir və onun Lahorda saxlanılması qanunsuzdur. Özünü-müdafiə məqsədi ilə iki Pakistan vətəndaşını öldürdüyünü deyən Deyvis dünən Pakistan məhkəməsində qətl ittihamları ilə üzləşib. Hakim ABŞ rəsmisinin polis təhqiqat aparırkən əlavə 6 gün saxlanılmasına göstəriş verib. Deyvis avtobankdan pul çıxardıqdan sonra onun maşınına iki şəxsin atəş açdığını və bundan sonra onun cavab atəşi ilə hücumçuları öldürdüyünü deyir.