ABŞ-da mühacirət hələ də böyük mübahisələrə səbəb olur (Video)

  • Amerikanın səsi

Birləşmiş Ştatların Ali Məhkəməsində Arizona ştatının mühacirət qanunu müzakirə olunur. Birləşmiş Ştatlar hökuməti immiqrasiya məsələsinə federal hökumətin cavabdeh olduğunu və buna görə də, bütün ölkədə bununla bağlı vahid qanun olmalı olduğunu desə də, ştat qanununun müdafiəçiləri federal hökumətin Meksika ilə sərhədi lazımi səviyyədə qoruya bilmədiyindən gileylənirlər.

İki il bundan əvvəl Arizona ştatında mühacirətlə bağlı SB-1070 qanun layihəsi qəbul edildikdən sonra minlərlə mühacir yerli polisin onları həbs edəcəyindən ehtiyat edərək ştatı tərk etdi. Fineks küçələrində genişmiqyaslı etraz aksiyaları keçirən ispan mənşəli insanlar bu qanunun statin qanuni sakinləri və vətəndaşları da olmaqla, polisə meksikalıya bənzər hər bir insanı hədəf almağa imkan verdiyini deyirdilər.

Mühacirlər yerli sakinlərin onları işə çağıracaqları ümidi ilə hər gün Fineksdəki dayanacağa yığışırlar. Onlar bütün bunların onları maraqlandırmadığını, yalnız işləmək və buradan getmək istəmədiklərini deyirlər.

Lakin Federal Məhkəmə Azrizonanın bu qanun bir hissəsinə qadağa qoydu. Bundan sonra Arizona ştatı ölkənin ən yüksək məhkəməsinə apelyasiya müraciəti etdi. Belə bir qanunun qarşısının alınmasına yardım edən vəkillərdən biri də Daniel Orteqadır. “Hesab edirəm ki, bu qanun müəyyən irqə mənsub insanları hədəf almaq potensialına malikdir” - deyə, o bildirir.

Daniel Ortega bunun irqi məsələ olduğunu və bununla bağlı müxtəlif ştatların qanunlarından ibarət bir toplum deyil, federal hökumətin bir qanunu olmalı olduğunu deyir.

SB-1070 qanun layihəsinin sponsorlarından biri, Arizona ştatının sabiq senatoru Rassel Pirs bu fikirlə razı deyil. “Ştatların konstitusiyaya uyğun olaraq qanunvericililkərində polisin səlahiyyətləri var və bu qanuna heç vaxt qadağa qoyulmayıb.”

Arizonanın bəzi qanunvericilərinin bu qanuna qarşı olmalarına baxmayaraq, Marikopa mahalının polis rəisi Co Arpayo bunu dəstəkləyib. “Biz silah daşıma, narkotik mallar, bank oğurluqları ilə mübarizə aparırıq. Bu məsələdə niyə dəyişiklik olmalıdır?” - deyə, Co Arpayo bildirir.

Co Arpayonun bunu inkar etməsinə baxmayaraq, İnsan Haqları fəalları onun irqi ayrı-seçkilik qoyulduğunu deyirlər. Arpayo isə sərhəddən qeyri-qanuni mühacirlərin və narkotik qaçaqmalçılığın böyük problem olduğunu deyir.

Qanunla bağlı Finiks küçələrində isə polis rəisi ilə sakinlərinin fikirləri müxtəlifdir. Bir qadın federal hökumətin bu məsələyə dəstək göstərməli olduğunu, lakin göstəmədiyini, buna görə də statın məsələyə müdaxilə etməli olduğunu deyir. Bir kişi isə Kaliforniyadan gəldiyini, oralarda cinayətin çox olduğunu və Arizona ştatında cinayətin qarşısının alındığını, buna görə də rəis Coya minnətdar olduğunu deyir.

Arizona ştatında mühacirət məsələsi dərin fikir ayrılıqları yaradıb. Ali Məhkəmənin bu məsələ ilə bağlı qəbul edəcəyi qanun isə bir çoxlarının narazılığına səbəb olacaq.