ABŞ-da qərargahlanan avto-istehsalçılar xəbər verirlər ki, istehlakçıların özünəinamı yüksəldikcə satışlar da çoxalmağa başlayıb. Çoxları böhran dönəmində sürməyə məcbur edildikləri köhnə maşınları bu il yeniləyiblər.
General Motors bildirir ki, müştərilərin 2.5 milyon maşın alması ilə satışlar 13 faiz qalxıb. Onun rəqibi Ford isə 11 faiz çoxalma əldə edib, və 2 milyondan yuxarı maşın və yük maşınları satıb.
Kraysler 2011-ci ildə müştərilərin 1.4 milyon maşın alması ilə satış rəqəmlərinin 26 faiz artdığını elan edib. Şirkətin ikonik Cip modeli Krayslerin rəqəmlərinə xüsusi təsir göstərib.
2009-cu ildə avtomobil satışları son 30 ilin ən aşağı göstəricisinə düşmüşdü.