ABŞ-da Əks-terrorizm Bürosu təsis edilir

  • Amerikanın səsi

ABŞ-da Əks-terrorizm Bürosu təsis edilir

ABŞ Əl-Qaidə və digər terror təşkilatlarının hədələri altındadır. 2001-ci il terror aksiyalarından sonra Amerika təhükəsizlik sahəsində bir sıra tərəqqi əldə edib. ABŞ Dövlət Departamenti Əks-terrorizm bürosunun təsis edildiyini bəyan edib.

Yeni büro Milli Təhlkəsizlik Nazirliyi və digər hökumət agentlikləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Qurum əks-terrorizm sdtrategiyaları, siyasət və proqramlara əsasən terrorizmi dəstəkləyən şəbəkələrə qarşı mübarizə aparcaq. Büro bundan əlavə ABŞ-ın əks-terror diplomatiyasını dəstəkləməklə yanaşı, daxili təhlükəsizliyi müdafiə edərək, zorakı ekstremizmə qarşı fəaliyyət göstərəcək. Büro insan hüquqları, qanunun aliliyi və demokratiyanı təbliğ edəcək.

Yeni təşkilat radikalizm və xaricdə pozitiv alternativlərin inkişafı məqsədi ilə tərəfdaş hökumətlər və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edəcək. Bundan əlavə qurum Əks-terrorizm Kommunikasiya Strategiyası Mərkəzi ilə bərabər ektremizm təbliğinin məhvini qarşıya məqsəd qoyub. Əks-terrorizm bürosu ABŞ Dövlət Departamentinin Milli Təhlkəsizlik Nazirliyinin əlaqələndirici təsisatı olacaq. Büro nəqliyyat təhlükəsizliyi kimi milli təhlükəszilik məsələlərində beynəlxalq əməkdaşlığı gücləndirəcək.

Terrorimzlə mübarizədə Amerikanın tərəfdaşlıq və müttəfiqliyə ehtiyacı var. Partnyorları ilə bərabər ABŞ sərhədləri çərçivəsində hədələri aradan qaldıra biləcək. Yeni büro vətəndaş cəmiyyətlərində, hərbi və müdafiə sektorunda beynəlxalq əks-terror qabiliyyətini gücləndirəcək.

Amerika, ABŞ xalqı və Amerikanın xaricdəki maraqlarının müdafiəsi 21-ci əsrin əsas məqsədlərindən biridir. Yeni terror təhlükəsi yeni strategyalar, yaradıcı diplomatiya və güclü tərəfdaşlıq tələb edir. Əks-terrorizm bürosu ABŞ-ın məqsədlərinə nail olmasına xidmət edəcək.