ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı azalıb

  • Amerikanın səsi

ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı azalıb

ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı keçən həftə bir qədər azalıb. Bu, Amerika bazarlarında dirçəlişə işarədir. Əmək nazirliyinin hesabatında bildirilir ki, təzminata müracət edənlərin sayı 1000 nəfər azalaraq, 400000-ə enib. İş yerlərinin itirilməsi Amerikada istehlakçı xərclərinin azalmasına yol açıb. İstehlakçı xərcləri ABŞ iqtisadiyyatının əsasını təşkil edir. Hökumət ekspertlərinin fikrincə, son rəy sorğuları və iqtisadçıların təxminlərinə görə, işsizlik səviyyəsi dəyişmədən 9.2 faiz qalacaq. Onlar 85000 yeni iş yerinin açılmasının işçsizlik səviyyəsi göstəricilərinə təsir etmək üçün kifayət etmədiyini deyirlər.