ABŞ-da bayram alış-verişi proqnozları

  • Amerikanın səsi

ABŞ-da bayram alış-verişi proqnozları

ABŞ-da bayram alış-veriş mövsümü yaxınlaşdıqca, tənəzzülə uğramış iqtisadiyyatın istehlakçı xərclərini azaldacağına dair qorxular mövcuddur. İlin son iki ayı, Milad bayramı alış-verişi mövsümü mağaza sahiblərinin ümid mövsümüdür. Noyabr ayının dördüncü çümə axşamı günü qeyd edilən Şükran bayramının səhəri alış-veriş mövsümünün başlanğıcı hesab edilir. Price Grabber.com şirkətinin prezidenti Stiv Krenzer inkişafları izləyir.“Qara çümə günü, Şükranın səhəri alış-veriş mövsümünün zirvə nöqtəsi, gəlirlər günüdür” .

Rəqabətlə üzləşən maşazalar Şükran günü gecə yarısından açıq olur.

Digərləri isə misilsiz endirimlər, vergisiz alış-veriş və ya pulsuz daşınma təklif edir.

Elen Deyvis Milli Pərakəndə Federasının üzvüdür.“Bu il bayram alış-veriş mövsümünə ehtiyatlı nikbinliklə yanaşılır. Biz satışın 2.8 faiz artacağını proqnozlaşdırmışıq. Bu, son 10 ildə ən yüksək göstərici olacaq. Lakin artım keçən illə müqayisədə yüksək olmayacaq” .

Pərakəndə satış mərkəzləri artıma ümid bəsləsələr də, ticarətin gələcəyi mübahisəlidir. ABŞ-ın limanlarında daşınma azalıb. Bu, idxalın azaldığına işarədir. Digər tərəfdən iqtisadçılar dizel daşınması sahəsində artım olduğunu bildirir.

Nəticədən asılı olmayaraq, Amerikanın ən böyük ticarət mərkəzinin vitse-prezidenti Den Casper yaxşı gəlir əldə ediləcəyini deyir.“İl güclü olub. Bunun belə davam edəcəyini təxmin edirik. Necə olacağını bildmirəm, amma yaxşı bayram mövsümü gözlənilir” .

Minnesotada yerləşən Amerika Ticarət Mərkəzinin 12 min işçisi var. Bu mərkəz ildə on milyonlarla müştəriyə xidmət göstərir.

İqtisadçılar ABŞ iqtisadiyyatının 70 faizini təşkil edən istehlakçı xərclərinə xüsusi diqqət yetirir.