ABŞ-da kütləvi etiraz aksiyaları keçirilib

Polis Ağ Ev qarşısında nümayiş keçirən 35 etirazçını saxlayıb

ABŞ boyu minlərlə nümayişçi Arizona ştatında qeyri-qanuni mühacirətlə mübarizə məqsədi güdən yeni sərt qanuna etiraz edib. Dünən Los Ancelesdə 50 mindən çox insan şəhər arxiyepiskopun və müğənni Qloria Estefanın da iştirak etdiyi nümayiş keçirib. Oxşar etiraz aksiyaları paytaxt Vaşinqton da daxil olmaqla, 70-dən çox şəhərdə keçirilib. Polis Ağ Ev qarşısında nümayiş keçirən 35 etirazçını saxlayıb. Onlar arasında İllinoys ştatından demokrat konqresmen Luiz Quterrez də olub. İllərdir hər il may ayının biri ABŞ-da mühacirləri dəstəkləyən etiraz aksiyaları keçirilir. Ancaq bu il Arizonada qəbul olunan sərt qanun məsələyə daha çox maraq oyadıb. Arizonada yeni qəbul olunan qanun polislərə qanuni mühacir olduğundan şübhələndikləri hər bir kəsi sorğu-sual etmək icazəsi verir.