Pakistan rəsmiləri ABŞ-ın raket hücumları nəticəsində Şimali Vəziristan regionunda yaraqlı olduğundan şübhələnilən 20 nəfərin qətlə yetirildiyini bildirir. Kəşfiyyat rəsmiləri raketlərin bu gün bir-birindən bir neçə dəqiqə fasilə ilə pilotsuz təyyarələrdən atıldığını deyiblər. Raketlərdən ikisi avtomobilə, ikisi isə başqa obyektə dəyib. Hücumlar Əfqanıstanla sərhəddə yerləşən Şaval regionunun Zoynarai kəndində baş verib. Ölənlərin şəxsiyyətini dərhal müəyyən etmək mümkün olmayıb. Lakin regionda Haqqani şəbəkəsinin, xarici yaraqlıların və Əfqanıstanda qərb qüvvələri ilə mübarizə aparan pakistanlı hərbi komandir Hafiz Gül Bahadurun əməliyyatlar keçirdiyi məlumdur.