Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı Ermənistan səfərindən danışıb [Video]

بلندشدن موشک دلتای ۴ از زمین در حالی که فضاپیمای اوریون به آن بسته شده – مجتمع فضایی کیپ کاناورال، فلوریدا، ۱۴ آذر

Səfərin məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə vətəndaş təşəbbüslərinin artırılmasıdır
Azərbaycan Avropa Hərəkatının (AAH) rəhbəri Ramin Hacılı və təşkilatın sülh quruculuğu üzrə mütəxəssisi Həmidə Qiyasbəyli oktyabrın 19-20-də Ermənistanda səfərdə olublar.

Səfərin məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə vətəndaş təşəbbüslərinin artırılması çərçivəsində Ermənistan Avropa Hərəkatının nümayəndələri ilə müzakirələr aparmaqdır.

Görüşlərdə həmçinin Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto və bu təşkilatın siyasət komitəsinin sədri xanım Karol Viaver də iştirak ediblər.

Bugünki mətbuat konfransında Hacılı qeyd edib ki, Amerikanın German Marşall Fondunun dəstəyi ilə iki il əvvəl regionun üç ölkəsinin Avropa hərəkatlarının nümayəndələrinin iştirakı ilə Qafqazda sülh təşəbbüslərinin təşviqi layihəsi həyata keçirilməyə başlayıb.

Sonradan Türkiyənin Avropa Hərəkatı da layihəyə cəlb edilib və layihə regional Qaradəniz layihəsi miqyası alıb.

Layihə çərçivəsində iki dəfə Gürcüstanda Avropa Hərəkatının Azərbaycan və Ermənistan təşkilatlarının nümayəndələrinin görüşü keçirilib.

Yerevanda AAH nümayəndələri həmçinin AH-nin Yerevan nümayəndəliyi və Avropa Tələbələr Forumunun yerli ofisi tərəfindən təşkil olunmuş, Ermənistanın Avropaya inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər.

AAH nümayəndələrinin Yerevandakı Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında əsas fikir münaqişənin qarşılqlı güzəştlər əsasında dinc yolla həlli mümkünlüyündən ibarət olub.

R.Hacılı qeyd edib ki, Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həlli metodlarına üstünlük verir.

Onun fikrincə, sülhə nail olmaq üçün qarşılıqlı addımlar atılmalıdır. Ermənistan birinci addım kimi 6 rayonu azad etməlidir, bu, qarşılıqlı etibar və dialoq atmosferi formalaşdırardı.

“SSRİ-nin qorunub saxlanması naminə azərbaycanlılar və ermənilər arasında düşmənçilik salanlar bu gün Qafqazda öz nüfuzlarını qoruyub saxlamaq üçün münaqişənin davam etməsinə çalışırlar”, deyə Hacılı bildirib.

Hacılının sözlərinə görə, mətbuat konfransında bəzi jurnalistlər onun münaqişənin tənzimlənməsinə yanaşmasını aqressiv qarşılayıb.

Eyni zamanda, Hacılı qeyd edib ki, Ermənistan cəmiyyətində Avrointeqrasiyaya can atma hiss olunur.

Onun sözlərinə görə, erməni həmsöhbətləri Ermənistanın KTMT-də iştirakını və onunla hərbi ittifaqı Türkiyə, çoxsaylı azərbaycanlı əhalisi olan İran, Azərbaycan, Azərbaycanın təsirinin güclü olduğu Gürcüstan tərəfindən coğrafi əhatə şəraitində mövcud olma düşüncəsi ilə izah ediblər.

Azərbaycan və Ermənistan Avropa Hərəkatlarının nümayəndələrinin görüşü dialoqun davam etdirilməsinə, 2014-cü ilin martında erməni nümayəndə heyətinin Azərbaycana cavab səfərinin keçirilməsinə, dinc vətəndaş təşəbbüslərinin təşviqinə hazırlığı əks etdirən sənədin imzalanması ilə başa çatıb.

Azərbaycan nümayəndələri Ermənistanın mədəniyyət abidələri ilə tanış olublar. Eyni zamanda, onların Yerevan məscidinə və İrəvan xanının qalasına baş çəkmək istəklərinə vaxt məhdudluğu bəhanəsi ilə imtina cavabı verilib.

Your browser doesn’t support HTML5

Azərbaycan-Avropa Hərəkatı Ermənistan səfərinin yekunlarından danışıb