Həyat yoldaşını öldürməkdə təqsirləndirilən polisə hökm oxundu
Your browser doesn’t support HTML5
Polis olan həyat yoldaşından şikayətinə görə izahat vermək üçün 24-cü polis bölməsinə gedən və orada qətlə yetirilən Xanım Məmmədovanın ölümüylə bağlı məhkəmə prosesi başa çatıb. Polis bölməsində təhqiqatçının kabinetində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib. Məhkəmə qətl hadisəsiylə bağlı 17 il 6 ay azadlıqdan məhrum etmə, hadisədən əvvəl yetirilmiş yüngül xəsarətə görə isə 6 ay azadlıqdan məhrum etmə barədə qərar qəbul edib.