Azərbaycanda İnterpolun terrorizmə qarşı mübarizə proqramı çərçivəsində seminar keçirilir

İnterpolun Baş Katbiliyi və Azərbaycan daxili işlər nazirliyi Bakıda "Kalkan" layihəsi üzrə ikigünlük seminar keçirir. Tədbirə dünyanın 25 ölkəsindən və BMT-nin nümayəndə heyətləri qatılıb. Layihə terrorçuluqla mübarizə problemlərini – terror təşkilatlarında üzvülük, terrorçuluğun maliyələşdirilməsi, terrorçuların istifadə etdiyi oğurluq və saxta sənədlər, terrorçuların təlim düşərgələrinin təşkilatçıları və başqa məsələləri əhatə edir. Bakı seminarında İnterpolun terrorizmə qarşı mübarizədə rolu, 2005-ci ildə Şimali Qafqazda terrorizmə qarşı mübarizənin təşkili, Akromi, İMU və Hizb-ut Təhrir terrorçu qruplarının Özəbkistanda fəaliyyəti, Əfqanıstanda "əl-Qaidə"nin terror qruplarının yeni mənbə və fəaliyyətləri, ABŞ-da, Türkiyədə, Böyük Britaniyada, Qırğızıstanda, Danimarkada, İrakda, İtaliyada, Gürcüstanda, Pakistanda, Şri-Lankada terrorizmlə mübarizənin vəziyyəti mözvuları ətrafında müzakirələr aparılır. Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, onun ölkəsi beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə İnterpolla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan terrorizm əleyhinə bütün beynəlxalq konvensiya və protokolların iştirakçısıdır. Nazir müavini Azərbaycanın prinsipial mövqeyinin istənilən terror təşkilatı, harada yerləşməsindən asılı olmayaraq onun bazalarının əleyhinə aktiv fəaliyyətdən ibarət olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, terrora maliyyə yardımı toplamasında və ötürməsində şübhəli bilinən altı təşkilatın filialı Azərbaycanda aşkar edilərək qarşısı alınıb və bu təşkilatlarla əlaqələsi olan 43 nəfər ölkədən çıxarılıb. İnterpolun Baş Katibliyinin Polis Xidmətləri üzrə icraçı direktoru Jan Mişel Lubutan bildirib ki, terrorizmə qarşı mübarizədə məlumat mübadiləsi aparıcı rol oynayir. Ounun fikrincə, 2004-cü ildən başlayaraq «Kalkan» layihəsi bu istaiqmətdə mühüm işlərin görülməsinə səbəb olub. «Kalkan» proqramı çərçivəsində ilk öncə terrorçular müəyyən edilir və izlənir. 2004-cü ildə İnterpolun məlumat bazasında yalnız 1500 terrorçu və şübhəli şəxs var idi. Bu gün isə bunların saı 10 mindən çoxdur". İcraçı direktorun sözlərinə görə, 2001-ci ildə İnterpol xətti ilə terrorçuluqda şübhəli bilinən 1200 şəxs saxlanıb və 2005-ci ildə bu rəqəm 4 minə çatıb.«Son beş ildə İnterpol öz alət və mexanizmlərini təkmilləşdirmək və modernləşdirməklə məşğuldur. Bunun üçün üç istiqamətdə iş aparılır. İlk öncə İnterpola daxil olan ölkələr arasında qapalı və qorunan komunikasiya sistemi yaradılıb. Bu kommunikasiya sistemi fasiləsiz işləyir. İkinci istiqamət üzv ölkələrə hərtərəfli məlumat verilməsinin təşkilidir. Bu bütün sahələri, o cümlədən barmaq izləri, oğurlanmış səyyahət sənədləri, oğurlanmış maşınlar, DNT və başqa məlumatları özündə əks etdirir. Misal üçün, İnterpolun məlumat bazasında 10 milyondan çox oğurlanmış pasport və digər şəxsiyyəti təsdiq edən sənədlər barədə məlumat daxil edilib. Üçüncü istiqamət üzv ölkələrə əməliyyat sahəsində dəstək göstərilməkdir». İnterpolun Azərbaycan Milli Bürosunun rəhbəri Mədət Quliyev 2004-cü ildə bu qurumun Azərbaycan Milli Bürosunun xətti ilə dünyada terrorla məşğul olan 12 cinayətkarın, 2005-ci ildə isə 24 cinayətkarın yerinin müəyyən edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda terror törədib axtarışda olan 40-dan çox cinayətkar Ermənistanda və Dağlıq Qarabağda gizlənir. Cənab Quliyev jurnalist Elmar Hüseynovun qətlində günahlı bilinən şəxslər barəcində də İnterpolun Milli Mərkəzi Bürosuna sorğular verildiyini bildirib. Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov isə suallara cavabda deyib ki, Azərbaycanda terror aktları törətmiş şəxslər barəsində İnterpol xəttilə ilə aparılan axtarışlar hələ də nəticə verməyib.Cənab Eyvazovun sözlərinə görə, İnterpol vasitəsilə eks-prezident Ayaz Mütəllibov və parlamentin eks-spikeri Rəsul Quliyev də axtarışdadır.