Azərbaycanın mədəniyyət naziri Rusiyada səfir təyin olunub  

Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunu vəzifəsindən azad edib. Dövlət başçısı başqa fərmanı ilə Polad Bülbüloğlunu Azərbaycanın Rusiyadakı səfiri təyin edib. Cənab Əliyev bundan başqa daha iki fərman imzalayıb. Mədəniyyət və Gənclər, İdman və Turizm nazirliklərini ləğv edilib. Əvəzində Mədəniyyət və Turizm, sonra isə Gənclər və İdman nazirlikləri yaradılıb. Dövlət başçısı indiyədək gənclər, idman və turizmi naziri olan Əbülfəz Qarayevi mədəniyyət və turizm naziri təyin edib. Gənclər və İdman naziri vəzifəsi isə vakantdır.