Asiya İnkişaf Bankı Azərbaycanda quş qripi təhlükələrindən xəbər verir

Asiya İnkişfa Bankı Azərbaycan Kənd Təsərrüfatı nazirliyinə quş qripi təhlükəsinin qarşısının alınması məqsədilə avadanlıq və təchizatlar verib. Yardıma 6000 qoruyucu geyim, resperatorlar, əlcəklər və 500 qoruyucu gözlük daxildir. Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Metyu Vestfol bildirib ki, bu bankın qrant yardımının birinci mərhələsidir və xüsusi fövqəladə hallar nəzərə alınaraq daha uzunmüddətli yardım zərurəti kimi əlavə yardımlar da göstəriləcək. «Məlumatlara görə artıq bir neçə nəfər azərbaycanlı quş qripindən vəfat edib. Bu təsdiqini tapmasada da məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Qlobal, regional və ölkə təşəbbüsləri ilə birgə işləyərək Asiya İnkişaf Bankı üzv ölkələrdə quş qripi pandemiyası ilə bağlı H5N1 virusunun rast gəlinməsi ehtimalını azaltmaq məqsədilə hərtərəfli strategiya hazırlayıb. Quş qripinə nəzarət edilməsi və pandemik insan qripinin qarşısının alınması məqsədilə qlobal strategiya, mənbədə epidemiyaya nəzarət edilməsi və quş qripinin yayıldığı yerlərin effektiv şəkildə nəzarətə alınması istiqaəmtində fəaliyyətə başlanılıb. Quş qripi epidemiyası kiçik miqyaslı quşçuluq fermerlərinə nəzərəçarpacaq iqtisadi ziyan vuracaq və bir çox yoxsul və yoxsulluğa yaxın vəziyyətdə yaşayan insanların yaşayış mənbələrinə təhlükə yaradacaq». Cənab Vestfal hesab edir ki, pandemik insan qripi insan sağlamlığına və regionda yoxsulluğun azaldılmasına böyük mənada mənfi təsir edəcək. «Asiya İnkişaf Bankı quş qirpinə qarşı mübarizədə həm Azərbaycanda, həm də regionda yaxından kömək edir. Hesab edirik ki, yoxsul və ev təsərrüfatı ilə məşğul olan insanların əksəriyyəti həm iqtisadi, həm də sağlamlıq cəhətdən risk alıtnda qalacaq. Səhiyyə xidmətindən onların istifadə etməsi məhduddur və ehtimal olunur ki, bu insanların səhiyyə xidmətindən istifadədə ləngiməsi onları yoxsulluğun daha dərin qatlarına aparan faciəyə gətirib çıxara bilər. Bu həm də ev təsərrüfatı ilə məşğul olan insanların səhiyyə xidmətini ödəmək üçün istehsal aktivlərini satmasına səbəb ola bilər». Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov bildirib ki, baytarlıq xidməti ciddi qabaqlayıcı tədbirlər görməsinə baxmaryaq ölkədə quş qripi virusu aşkarlanıb. Onun sözlərinə görə, istilər düşdükcə virus məhv olacaq və hökumət vaksinasiya məsələsini də gündəlikdə saxlayır. Deyəsən quş qripi virusu insanlar arasında da ölümə səbəb olmaqdadır. Artıq Salyan rayonunun Sarvan və Dayıkənd kəndlərinin quş qripi şübhəsi ilə müaligə olunan sakinlərinin biri də bu gün vəfat edib və belələiklə dünyasını dəyişənlərin sayı dördə çatıb. Səhiyyə nazirliyinin mətbuat katibi Səmayə Məmmədova son günlər quş qripi virusu yalılması ehtimal olunan Sarvan və Dayıkənd kəndlərindən insanların xəstəxanalara daxil olmadığını və müalicə olunan 8 nəfərin vəziyyətinin yaxşılaşdığını da deyib.