Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ölkədə çox saylı qeyri hökumət təşkilatının iqtisadi sahədə hökumət qurumlarına ictimai nəzarət etdiyini bildirir. Onun sözlərinə görə, onlarla QHT büdcənin xərclərinin şəffaflığını monitorinq edir. Bununla yanaşı, cənab Zeyni QHT-lərin təkliflərinin hökumət tərəfindən çox az nəzərə alındığını bildirib. “Biz hazırda bir sıra nazirliklərlə yaxşı əməkdaşlıq edirik. Birgə maarifləndirmə işləri həyata keçiririk”-deyə o qeyd edib.