Azərbaycanda prezidentlik dönəmi artırıla bilər

Milli Məclisin bu günki plenar iclasında hakim “Yeni Azərbaycan” Partiyasının sədr müavini Əli Əhmədov prezidentin səlahiyyət müddəti ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. “Bir şəxsin iki dəfədən artıq prezident seçilmək hüququna məhdudiyyət qoyulması seçicilərin hüququnun pozulmasıdır”.

Cənab Əhmədov deyib ki, xalqın prezident görmək istədiyi şəxsin seçilməsinə imkan yaradılmazsa, insanlar arzulamadıqları şəxsə səs verməyə məcbur olarlar: “YAP-ın parlamentdəki çoxluğunun rəyini nəzərə alaraq təklif edirəm ki, Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum keçirilməsi məsələsi Mili Məclisin gündəliyinə daxil edilsin. Mən əminəm ki, təklifimə baxılacaq və Milli Məclisin növbəti iclaslarından birində bu məsələ gündəliyə salınacaq”.

Çoxsaylı deputat təklifi dəstəkləyib. Müxalifətdə olan Müsavat partiyasının üzvü ola deputatlar YAP-ın təklifinin demokratiyaya zidd olduğunu bildirib.

Spiker Oqtay Əsədov isə müzakirələrə yekun vuraraq, səsləndirilən bütün təkliflərin müvafiq komissiyaya təqdim olunmasının vacibliyini deyib: “Bundan sonra məsələyə baxıla bilər”.