Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına hazırlıqla bağlı təqdimat keçirilib  

Bakıda "Dünya ticarət şəbəkəsi və Azərbaycan" proqramının təqdimat mərasimi keçirilib. Tədbir Avropa Birliyinin TACIS proqramının yardımı ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu tərəfindən təşkil olunub. Təqdimat mərvasiminə Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı Benyəlxalq Ticarət mərkəzinin və Ümumdünya Ticarət Təşkilatının ekspertləri qatılıb. Azərbaycanın İqtisadi İnikşaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, Ümumdünya Ticarət Təşkilatına üzvülük məsələləri ilə bağlı sahbikarlar üçün xüsusi proqram hazırlanacaq. Onun sözlərinə görə, Azərbaycan ÜTT üzv olmaq üçün 1997-ci ildə müraciət edib və hazırda üzvülüyə qəbulla bağlı ən məsuldar mərhələ başlayıb. Avropa Evinin koordinatoru Volfqanq Şporrerin fikrincə, Azərbaycanın ÜTT-na üzvülüyə daxil olması üçün əməkdaşlığın hüquqi istiqamətlərində müxtəlif tədbirlər həyatat keçirilməlidir. «Qeyri-neft sektoru inkişaf etdirilməli, investiysiya mühiti yaxşılaşdırılmalı, investisyaların səviyyəsi çoxalmalı, Azərbaycan qlobal ticarətdə iştirak etməli, Avropa Birliyinin üzvü və ya üzvülüyə namizəd ölkələrin standartlarına yaxınlaşmalıdır». ÜTT-nin çoxtərəfli ticarət sistemi üzrə baş məçsləhətçisi Rajeş Aqqarvalın fikrincə, biznes təmsilçiləri danışıqlar prosesinin üzvünə çevrildiyi halda ölkə ÜTT-nin üzvü ola bilir. «Biz çalışırıq ki, biznes strukturları ilə hökumət arasında əməkdaşlıq uzunmüddətli olsun. Ümumdünya Ticarət Təşkilaıtı ölkələr arpasında ticarət əlaqələrinin inkişafına kömək edir, bölgələrdə ticarət siyasəti həyata keçirir. Biz ölkələr arasında ticarət şəbəkəsinin genişlənməsi üçün ekspertlər cəlb edir, məsləhətlər verir və maarifçilik işləri ilə məşğul oluruq». Ümumdüyna Ticarət Təşkilatının digər eksperti Karlos Emilio Rosas hesab edir ki, Azərbaycanın təşkilata üzvülüyü üçün sənaye və biznes mühiti, eyni ilə də bazarın təhlükəsizliyi qiymətləndirilməlidir. «Əmtəə və xidmətlərin qaydaları təsdiq edilməli, telefon və rabitə kanallarının səviyyəsi, ticarət qaydalarında və siyasətində şəffaflıq, müxtəlif ticarət niyyətləri və onun tənzimlənməsində aşkarlıq təmin edilməlidir. Azad və ya daha azad ticarət, qabaqcadan planlaşdırma qabiliyyəti, ədalətli rəqabətin təşviqatı, ticarətin asanlaşdırılması həyata keçirilməlidir. Milli ticarət siyasəti çoxtərəfli ticarət üçün şəffaf, tranzit siyasəti aydın olmalı, daxili bazara əmtə və malların daxil olması üçün eyni rüsum qaydaları müəyyən edilməlidir»-deyə o qeyd edib. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın ÜTT-yə daxil olması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, üzvülük istiqamətində işlər, təşkialata üzv ölkələrlə mal və xidmətlərin Azərbaycan bazarına daxil olmasına dair ikitərəfli danışıqların aparılması, eləcə də çoxtərəfli danışıqlar və işçi qruplarının görüşləri səviyyəsində aparılır. Azərbaycan ÜTT-ə daxil olması üçün iki il ərzində qanunvericiliyini təkmilləşdirəcək. Nazir müavini qanunvericiliyin ÜTT-nin standartlarına uyğunlaşdırlmasının ölkədə islahatların dərinləşməsinə təkan verəcəyini də bildirib. O Azərbaycanın ÜTT-na hansı statusla üzv olacağı məsələsinin də böyük əhəmiyyət kəsb etdiyini deyib. « Biz ÜTT-ə "inkişaf edən ölkə" statusu ilə daxil olmağa çalışacağıq. Belə status ala bilsək, kənd təsərrüfatının subsidiyalaşdırılması məsələsində daha böyük güzəştlər əldə edə bilərik"- deyə o qeyd edib.