Ali məktəblərdən xaric edilmiş tələbələrin hüquqlarının bərpası üzrə İctimai Komissiya üzvlərinin təhsil naziri Misir Mərdanov və rektorlarla bugünkü görüşündə Turan Əliyevlə Namiq Feyziyevin Bakı Dövlət və Pedoqoji universitetlərə bərpa olunması barədə qərar qəbul edilib. Görüşdə Norveç, Böyük Britaniya səfirləri, həmçinin başqa diplomatik missiyaların təmsilçiləri də iştirak edib.
İctimai komissiyanın üzvü Səidə Qocamanlı Amerikanın səsi radiosuna bildirib ki, tələbələrə aclıq etdikləri zaman yaranmış akademik borclarını yay sessiyasına kimi ödəmələrinə imkan veriləcək.
Tələbələr in universitetlərdən xaric edilməsinə etiraz edən bir qrupp gənc ötən dekabrın 28-dən aclıq edirdi. Onlardan 4 nəfəri ağır vəziyyətdə xəstəxanaya köçürülüb.