Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə törədilmiş terror aktları nəticəsində insan tələfatı ilə bağlı Türkiyə prezidenti və baş nazirinə baş sağlığı verib.
Dövlət başçısı törədilmiş amansız əməllərə qarşı öz hiddətini
bildirib. "Azərbaycan insanların həyatı üçün daim təhlükə mənbəyi olan
terrorizmin bütün təzahürlərini kəskin şəkildə pisləyir.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət
alanlara şəfa diləyirəm"-deyə cənab Əliyev qeyd edir.