Amerika prezidenti Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Amerika prezidenti Barak Obama - 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Prezident Obamanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə deyilir ki, 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və xalq dövlət quracağını bəyan edib. “Sizinlə xatirələrinizi və həmin günün qeyd edilməsini bölüşür və qarşıdakı illərdə də Azərbaycanla tərəfdaşlığımızın möhkəmləndiriləcəyini səbirsizliklə gözləyirəm”-deyə təbrikdə qeyd edilir.