Azərbaycan sülhməramlıları Kosovodan geri çağırılacaq. Sülhməramlıların geri çağrılması ilə bağlı prezident İlham Əliyev Milli Məclisə müraciət edib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Daimi Komissiyasının üzvü Zahid Oruc bildirib ki, məsələ gələn həftə parlamentin müzakirəsinə təqdim ediləcək.
Deputat Kosovodan sülhməramlıların geri çağrılmasının Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirakdan əl çəkməsi demək olmadığını bildirib.
Azərbaycanın 37 hərbi qulluqçusu 1999-cu ildən Türkiyə Silahlı Qüvvələrinin tərkibində Kosovoda sülhyaratma əməliyyatlarında iştirak edir.