Bakıda 14-cü Beynəlxalq «Xəzər Neft, Qaz, Neftayırma və Neftkimya» sərgi-konfransı açılacaq

Sabah Bakıda 14-cü Beynəlxalq «Xəzər Neft, Qaz, Neftayırma və Neftkimya» sərgi-konfransı açılacaq. Beş gün davam edəcək sərgi-konfransın təşkilatçıları Azərbaycan, Rusiya, İran, Türkiyə və Almaniya şirkətləridir. Sərginin layihə direktoru Yuliya Romenenko bu gunki mətbuat konfransında bildirib ki, sərginin açılış mərasimində dünyanın 30 ölkəsindən sənaye, energetika, ekologiya, təbii resurslar nazirliklərinin rəhbərləri və ya təmsilçiləri iştirak edəcək. «Sərgidə dünyanın 32 ölkəsindən 360 şirkət iştirak edir, Bu isə ötən ilə nisbətən beş faiz çoxdur. Bu il Azərbaycan şirkətləri sərginin ümumi sahəsinin 25 faizini təşkil edir və bu şirkətlərin əksəriyyəti ilk dəfə iştirakçıdır». Layihə meneceri Samirə Mehdiyeva ekspozisiyanın 30 fazinin sərgidə ilk dəfə iştirak edən şirkətlər tutduğunu deyib. Xanım Mehdiyevanın sözlərinə görə, sərginin 15 sponsoru var. Onların arasında düna nəhənglərinin adı da çəkilir.