ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyət rejimini bərpa edir   

Oktyabrın 31-dən başlayaraq ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini qismən bərpa etməyə başlayacaq. Bu bəyanatı iki saat öncə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi Azərbaycan xarici işlər nazirliyinin Diplomatik Akademiyasının ilk məzunları ilə görüşündə verib. O Azərbaycan tərəfinə göstərdiyi dəstək və əməkdaşlığa görə minnətdarlıq bildirib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik isə təhlükə ilə bağlı Azərbaycan tərəfinin ABŞ-ı xəbərdar etdiyini deyib. Onun sözlərinə görə, səfirlik norimal iş rejimini günbəgün qismən bərpa edəcək. «Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır. Əminəm ki, bu, gələcəkdə də davam etdiriləcək». Bu bəyanatı isə Azərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzinin bu gün keçirilən açılışı mərasimində verib. Onun sözlərinə görə, təhlükəsizlik məsələləri hərtəprəfli həllini tapıb. Dövlət başçısı deyib ki, həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həm də digər kəmərlərin və nəqliyyat infrastrukturunun qorunması Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin qorunması deməkdir.