Qulamrza Səbri Təbrizi: İranda demokratiya qalib gələcək, xalqlar azadlığa qovuşacaq

Böyük Britaniyanın Edenburq universitetinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri Qulamrza Səbri Təbrizi “Amerikanın səsi” radiosuna müsahibəsində İranda qarşıdurmanın davam edəcəyini deyib. Onun fikrincə, ölkədə teokratiya ilə demokratiya arasında kəskin mübarizə gedir. “İranda xalq qalib gələcək, demokratiya qurulacaq və bütün xalqlar azadlıqlarına çatacaq”.
Cənab Təbrizi hadisələr zamanı çoxsaylı azərbaycanlının həlak olduğunu, 200-dən çox azərbaycanlının isə həbs edildiyini bildirib.