Nabucco layihəsi yenidən diqqət mərkəzindədir

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə Nabucco layihəsi gənc Avropa dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də gənc dövlətlər layihənin yenidən Avropa Birliyinin prioritet layihələr sırasına qaytarılmasına nail ola bilib. Onun fikrincə, bu ilin mayında layihə Avropa Birliyinin Praqada keçiriləcək zirvə toplantısının diqqət mərkəzində olacaq.
Cənab Şaban layihənin yaxın zamanda reallaşacağına inanmır. Belə ki, qaz alan ölkələrlə mənbə ölkələr arasında kommersiya danışıqları başlamayıb.