Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər

Ədliyyə nazirliyinin Penitensiar xidməti həbsdə olan “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və həmin qəzetin satirik yazarı Mirzə Sakit qardaşlarına dekabrın 8-dək Şamaxı rayonunun Meysərli kəndində ata evində qalmasına icazə verib. Qardaşlara ataları Səlim kişinin vəfatının 7-ci gününədək icazə verilib. Qənimət və Sakit qardaşları “Amerikanın səsi” radiosuna eksklüziv müsahibə verib. Onlar artalarının yas mərasində iştirak üçün buraxıldıqlarına görə minnətdarlıq edir. İlk öncə Qənimət Zahidi dinləyək. O əfv olunsa, bunu normal qarşılayacağını bildirir. Cənab Zahid həbsxanna həyatına baxışları ilə bölüşüb. Mirzə Sakit də əfv olunsa, bunu müsbət qarşılayacağını deyir. Jurnalist həmçinin tam günahsız olduğunu bildirir. O, həbsxanada yazdığı yeni bir şerini də deyib.