Azərbaycan NATO əməkdaşlığı uğurla davam edir

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simons Azərbaycana səfrəinin yekunları ilə bağlı mətubat konfranıs keçirib. O prezident İlham Əliyev, Müdafiə naziri Səfər Əbievlə görüşdüyünü və NATO-Azərbaycan əməkdaşlığı işçi qrupunun iclasında iştirak etdiyini bildirib. Cənab Simmons görüşlərində Fərdi tərəfdaşlıq planı çərçivəsində NATO ölkələrilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiiyni deyib. «Geriyə qayıdarkən hesabat vrəçəm ki, prezidentin dəstəyi ilə fərdi tərəfdaşlıq planı ilə bağlı müxtəlif proqramlar həyata keçəirilir. Eyni zamanda NATO tərəfdaşları və müttəfiqləri ilə birgə müxtəlif nazirliklərdə həyata keiçrilən proqramlar müvəffəqiyyətlə irəliləyir. Hesab edirəm ki, gələn ilin martında ilkin qiymətləndlirmə hesabatında görülən müsbət işlərdən danışılacaq. NATO və Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni edir». Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov xüsusi nümayəndənin səfəri çərçivəsində ortaya çıxan problemlərin müzakirə olunduğunu da deyib. Onun sözlərinə görə, Azərbaycan NATO ilə əməkdaşlığından məmnundur. Sullara cavabda cənab Simons bildirib ki, görüşlərində Azərbaycanda keçirilən parlament seçkiləri məsələsi də söhbət mövzusu olub. «NATO-nun baş katbibi ATƏT-in seçki ilə bağlı bəynatını dəstəkləyib. O hökuməti seçkidə yaranmış problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər görməyə çağırmışdı. NATO hökumətin bu istiqamətdə atdığı addımlardan məmnundur». Onun sözlərinə görə, fərdi tərəfdaşlıq planının əsas istiqamətlərindən biri də müdaifə islahatlarına və Müdafiə nazirliyinə fəaliyyətində yardım etməkdir. «Biz Müdafiə nazirliyinə büdcəsindən səmərəli istifadə, strukturunu yaxşı təkmilləşdirə bilməsi, aktivlərinin inventarlaşdırılması, şəxsi heyətin strukturlaşdırılması və başqa sahələrdə texniki yardım edə bilərik. NATO və tərəfdaş dövlətlər də Azərbaycana bu sahədə kömək üçün təkliflər verib». O Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərin artımını NATO-nu narahat etmədiyini bildirib. «Hərbi xərclərin artması ümumilikdə dövlət büdjəsinin artması ilə bağlıdır. Ən başlıcası müdafiəyə ayrılan xərclər deyil, həmin vəsaitdən səmərəli istifadə olunmasıdır. Bir sözlə kəmiyyət deyil, keyfiyyət əsas rol oynayır». Robert Simmons Ermənistan-Azərbaycan münaqişə zonasında NATO qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsələnin müzakirə olunmadığını da diqqətə çatdırıb. «NATO qoşunlarının Azərbaycan və Ermənistan arasında yerləşdiridlməsi ilə bağlı müzakirələr aparılmır.Ancaq NATO ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları ciddi izləyir. Ümid edirik ki, gələn il danışıqlarda daha böyük irəliləyişlər olajaq. NATO başqa regionlarda sülhməramlı missiyalar həyata keçirib və təcrübəyə malikdir. NATO qüvvələrinin regionda yerləşdirilməsi məsələsi tərəflər müraijəit etdikdən sonra müzakirə oluna bilər». O Azərbaycanın NATO-ya qəbulu perspektivləri barədə Amerikanın səsi radiosunun sualının cavabında «bunun müzakirəsi rəsmi Bakının istəyindən asılıdır»-deyə qeyd edib. Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycanın NATO-ya qəbulunun müzakirəsinə həm NATO, həm də Azərbaycan hazır olmalı sə həmçinin bunun üçün müvafiq şərait yaranmalıdır.