Deputat Azərbaycanda reproduktiv sağlamlıq sahəsində problemlərdən danışıb 

Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədr müavini Musa Quliyevin fikrincə, ölkədə reproduktiv sağlamlıq cəhətdən vəziyyət o qədər də yaxşı deyil. Deputatın sözlərinə görə, ildə orta hesabla hər yüz yeni ailədən 13-ü sonsuzluq problemi ilə üzləşir və hər il təxminən 2000 sonsuzluq problemindən dağılır. Cənab Quliyev bildirib ki, təkcə 2007-ci ildə 14-16 yaşlı qızlar arasında 1420 vaxtından əvvəl abort olub.
Sədr müavini hesab edir ki, Azərbaycan parlamenti bütün bu məsələləri nizamlayan qanun qəbul etməlidir və ölkədə süni mayalanma işləri ilə bağlı xidmətlər pulsuz olmalıdır. “Bu il 3000 ailə süni mayalanma ilə bağlı özəl klinikalara müraciət edib. İnsanların maddi imkanları olmadığından onların yalnız 300 nəfərinə bu xidmət göstərilib”.