Ramil Usubov: «Azərbaycanda rəngli inqilab həyata keçirilməsi üçün şərait yoxdur»

«AXCP sədri Əli Kərimlinin mühafizəçilərinin həbs edilməsi ilə bağlı bəyanatı həqiqətəuyğun deyil. O əvvəllər olduğu kimi yenə Azərbaycan ictimaiyyətini aldatmağa cəhd edir. Əslində Əli Kərimlinin mühafizəsində olan Ağa İbrahimov etdiyi cinayətə görə bu il sentyabrın 9-dan İmişli Rayon Məhkəməsi tərəfindən həbsli axtarışdadır. Polis həmin şəxsi tutub. Onunla birgə olan Əli Kərimlinin digər iki mühafizəçisi bu zaman polisə müqavimət göstərib və Ağa İbrahimovun həbsinin həyata keçirilməsinə mane olmağa çalışıb". Bu barədə daxili işlər naziri Ramil Usubov Amerikanın səsi radiosuna eksklüziv müsahibəsində bildirib. Onun sözlərinə görə, polisə müqavimət göstərdiyinə görə Əli Kərimlinin mühafizəçiləri Kərim Mehdiyev inzibati qaydada 10 sutka, Elmar Rüstəmov 12 sutka həbs edilib. "Ağa İbrahimov isə barəsində istintaqın davam etdirilməsi məqsədilə İmiişli rayonuna göndərilib"-deyə nazir qeyd edib. R.Usubov iqtidarın mövqeyinin mövcud qanunlara söykəndiyini vurğulayıb. Ölkə prezidentinin 11 may sərəncamı tam azad və demokratik seçkilərin keçirilməsini nəzərdə tutur. Parlamentə seçilmək istəyənlərə təbliğat aparmaq üçün bütün imkanlar yaradılıb. Həm iqtidar, həm də müxalifətin təbliğat kampaniyası üçün Bakı şəhərində iki yüzdən çox yer və yürüş-mitinq keçirmək üçün beş marşrut ayrılıb"-deyə o vurğulayıb. Nazir hər dəfə radikal müxalifətin rəhbərliyinin qarşıdurmaya daha çox cəhd göstərdiyini deyib. "Polislə qarşıdurma sanki bunların hədəfidir və bu məqsədli şəkildə edilir. Məqsədləri beynəlxalq aləmdə və ictimaiyyətdə iqtidarın bunlar üçün guya demokratik şərait yaratmadığını nümayiş etdirməkdir. Əslində isə Azərbaycanda azad söz, azad fikir bildirməyə qanunvericiliyə söykənən çox yaxşı şərait yaradılıb"-deyə R.Usubov bildirib. O, "Azadlıq" seçki blokunun oktyabrın 8-nə planlaşdırdığı icazəsiz mitinqə cəhdin qarşısının alınacağını deyib. "Bakı meriyası ilə razılaşdırılmamış yerdə icazəsiz mitinq və ya yürüş keçiriləcəksə əvvəllər olduğu kimi qarşısı qanunvericilik daxilində alınacaq"-deyə nazir vurğulayıb. R.Usubov parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün Daxili İşlər Nazirliyinin plan hazırladığını bildirib. "Biz Bakı şəhərində və yerlərdə asayişin qorunması üçün bütün tədbirləri görürük. Regionlarda yerli polis şöbələrinin əməkdaşları ilə seminarlar keçirilib, təlimatlar verilib. Həm seçkiqabağı dövrdə, həm də seçki zamanı asayişin təmin olunması üçün bütün qüvvələr səfərbər edilib. Siyasi mənsubiyyətindən asılı olmayaraq deputalığa namizədlərin keçirdiyi bütün tədbirlərin asayiş qorunur". Nazir hansısa rəngli inqilabın Azərbaycanda həyata keçirilməsi üçün şərait olmadığını deyib."Azərbaycan dinamik inkişaf var, demokratik ab-hava mövcuddur, əhalinin sosial problemlərinin həlli istiqamətində ölkə prezidenti çox önəmli və xalq tərəfindən bəyənilən siyasət həyata keçirir, işsizliyin aradan qaldırılması üçün real tədbirlər görülür. Eyni zamanda, müxalifətin inqilab etməsi üçün sosial bazası yoxdur. Azərbaycanın hüquq-mühafizə orqanları da inqilab edilən ölkələrdəki vəziyyətdə deyil. Hüquq mühafizə orqanları kifayət qədər güclü və professionaldır"-deyə o qeyd edib. "Azadlıq" blokunun qanunsuz aksiyasında 20-30 nəfərin əlində qəzetə bükülmüş dəmir parçaları olub. Toqquşma zamanı həmin dəmir parçalarından polisə qarşı istifadə olunub. Bu sözləri isə daxili işlər naziri müyxalifətin oktybarın 1-də keçirdiyi aksiya barədə deyib. Nazir faktla bağlı cinayət işi qaldırılacağını istisna etməyib. "Hazırda araşdırma davam etdirilir. Hərəkətlərində cinayət tərkibi olarsa cinayət işi başlaya bilər"-deyə R.Usubov qeyd edib. O, müavini Vilayət Eyvazovun müxalifətin silah əldə etmə ehtimalı ilə bağlı bəyanatına da aydınlıq gətirib. "Daxili işlər orqanları bütün vəziyyətləri nəzərə alır. Polis qanunsuz aksiya iştirakçılarının iğtişaş törədilmə anında silah istifadə etməsi ehtimalını da nəzərdə saxlayır. Həqiqətən də müxalifətin silah əldə etmə ehtimalı ilə bağlı məlumat olub. Ancaq bunların planlaşdırdığı gün seçkidən sonrakı günü nəzərdə tutur və belə məlumatın reallığı nəzərə alınır"-deyə R.Usubov qeyd edib. Nazir müxalifətin ictimai yerlərdə narıncı çadırlar qurmasına imkan verilməyəcəyini bildirib. "Çadırın rəngindən asılı olmayaraq ictimai yerlərdə, vətəndaşların və nəqliyyatın hərəkətinə mane olan yerlərdə qurulmasına imkan verilməyəcək"-deyə o vurğulayıb. AXCP sədri Əli Kərimli daxili işlər nazirinin dediklərini uydurma adlandırıb. O Amerikanın səsi radiosuna bu bəyanatların müxaliyfəti qapralamağa xidmət etdiyini bildirib. Cənab Kərimlinin sözlərinə görə, müxalifətin mübarizəsi dinc xarakter daşıyır. O, mitinqçilərin dəmir parçalardan istiafdə etməsi barədə daximli işlər nazirinin bəyanatını da təkzib edib.