Yazıçı Rafiq Tağı və baş redaktor dini ədavət salmaqda günahlandırılır

Səbael məhkəməsində publisist Rafiq Tağının və "Sənət" qəzetinin redaktoru Samir Sədaqətoğlunun işi üzrə hazırlıq iclası keçirilib. Sədrilk edən hakim Yusif Kərimov hər iki yazarın barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri təmin etməyib. Rafiq Tağı və Samir Sədaqətoğlu ötən ilin noyabrında «Sənət» qəzetində publisistin "Avropa və biz" məqaləsi dərc edildikdən sonra dini ədavəti qızışdırmaqda ittiham edilərək həbs olunub. Bir sıra din xadimləri məqalədə Məhəmməd peyğəmbərin təhqirinə yol verildiyini idda edir. Vəkil İsaxan Aşurov hər iki yazarın həbsini ədalətsiz adlandırıb. O fikrini ifadə etdiyinə görə insanın həbsini pisləyir. Samir Sədaqətoğlunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Rasət Pirisoyu da ittihamların fikiir azadlığına qarşı yönəldiyini bildirib. Onun sözlərinə görə, Rafiq Tağı fikirini ifadə edib və ona sözlə cavab vermək lazımdır. Rafiq Tağı da Atatürkün məşhur sözlərinə istinad edərək «topa topla, sözə sözlə cavab verərlər» deyib. Onun fikrincə, artıq Azərbaycan məhkəmələri hüquqi məsələləri deyil, ədəbi əsərlərin müzakirəsinə başlayır.