Azərbaycan Demokrat partiyasının sədri Ukraynada saxlanıb

Azərbaycan parlamentinin keçmiş spikeri, Demokrat partiysının sədri Rəsul Quliyevin dünən Ukraynanın Simferopol şəhərində İnterpol tərəfindən saxlanması məsələsi ölkə mətbuatının, hüquq-mühafizə orqanlarının, siyasi dairələrin və ictimaiyyətin diqqətini çəkən əsas mövzu olaraq qalır. Azərbaycan Daxili İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib ki, artıq Rəsul Quliyevin Azərbaycan hüquq mühafizə orqanlarına verilməsi barədə Ukrayna Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Onun sözlərinə görə, bu gün zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə Ukraynaya Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubovun başçılığı ilə nümayəndə heyəti də gedib. Rəsul Quliyev 1996-cı ilin sentyabrında xəstəliyi ilə əlaqədar MM sədri vəziyəsindən istefa verib. Mərhum prezident Heydər Əliyev xidmətlərinə görə Rəsul Quliyevə minnətdarlıq da bildirib. Bir qədər sonra o ABŞ-a mühacirətə gedib. Rəsul Quliyev ABŞ-da olarkən ölkədə demokaratiya məsələləri ilə bağlı bir neçə kitab yazıb. İqtidarın tənqidinə yönəlmiş «Demokratiyaya gedən yol» kitabı çapdan buraxıldıqdan bir qədər sonra ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda əmlakı talama, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə ittiham irəli sürülüb, Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Amerikanın səsi radiosuna bildirib ki, dünən Bakı hava limanında Rəsul Qulyievi qarşılamaq üçün cəhd edən bir neçə min adam saxlanıb və fiziki təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, cənab Quliyev Azərbaycan hökumətinin müraciəti əsasında saxlanılıb və hazırda Simferopolda araşıdrma aparılır. O ADP sədirini müdafiə edən vəkil Osman Kazımovun bu gün Simferopola getdiyini də vurğulayıb. Hüquq müdafiəçiləri Rəsul Quliyevin qarşılanması zamanı insanların saxlanmasının seçkiqabağı prosesə təsir etdiyini və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu bildirib. Hüquq müdafiəçisi Səidə Qocamanlı baş verənlərə görə hökumtəin məsuliyyət daşıdığını önə çəkir. Beynəlxalq İnsan Hüquqları təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner isə baş verənləri müxalifətə qarşı repressiyaların başlanması kimi qiymətləndirir. «Mən qorxuram ki, bu müxalifət qarşı repressiya dalğasının başlanmasıdır. Bu qanüun pozuntusudur. Beylə şəraitdə ədalətli və demokratik seçki keçimək mümkün deyil». Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun iki min nəfərin saxlanması barədə dediklərini əsası olmayan yalan adlandırıb. O Amerikanın səsi radiosuna bildirib ki, yalnız ictimai qaydanı pozan bir neçə nəfər saxlanılıb və saxlananlar arasında bir nəfər belə deputatlığa namizəd yoxdur. İndi isə Rəsul Quliyevi dünən təyyarədə müşahiyyət edən Böyük Britaniya ordusunun keçmiş polkovniki, hazırda müstəqil məsləhətçi olan Bob Stuartın fikirləri ilə tanış olaq. O Azadlıq radiosuna müsahibəsində bildirib ki, Rəsul Quliyevin fikri doğrudan da Bakıya uçmaq idi. «Yolda yanacaq doldurmaq üçün Simferopolda dayanmalı idik. Cənab Quliyev peyk vasitəsilə Bakıda adamların həbs olunduğunu və hava limanının bağlanması haqqında məlumatlar alırdı. Onun Bakı hava limanına enə bilməyəcəyi də bildirilirdi. Buna görə də Simferopolda enəndə məqsəd təyyarəni yanacaqla doldurub Londona qayıtmaq idi. Amma biz hava limanına enəndə Rəsul Quliyev polis tərəfindən saxlanıldı»-deyə o qeyd edib.