Azərbaycanda quş qripi yoxdur, ancaq təhlükə də sovuşmayıb

Azərbaycanda "quş qripi" yoxdur və olmaması üçün bütün profilaktik tədbirlər görülür. Bu barədə bu günki mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin direktoru İsmayıl Həsənov bildirib. Onun sözlərinə görə xəstəliyə yoluxma təhlükəsi ehtimalı ilə əlaqədar ötən ilin avqustundan quş ovuna, bu günlərdə isə diri quş satışına və ev quşlarının mağazalardan kənarda satışına qadağa qoyulub. Ölkənin baş baytarı mart ayınadək quş qripi təhlükəsinin qaldığını önə çəkib. Cənab Həsənov Azərbaycan hökumətinin quş qripi təhlükəsinin qarşısını almağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, hökumətin vəsaitələri hesabına qripə qarşı mübarizəni təşkil etmək üçün bütün avadınlaıqlar və laborotoriyalar alınıb. Dövlət baytarlıq xidmətinin direktoru ölkənin müxtəlif rayonlarında quşların qripə yoluxması faktları ilə bağlı yayılan məlumatları əsassız adlandırıb. Onun dediyinə görə, artıq ölkə ərazisində 8-ci monitorinq keçirilir və quş qripi müəyyən edilməyib.Cənab Həsənov bildirib ki, Masallı rayonunda ölmüş quşların laborotor analizi də quş qripi müəyyən etməyib. Bununla yanaşı, tam əminlik yaranması üçün ABŞ səfirliyi qan nümunələrini bu öləknin Qahirədəki laborotoriaysında analizdən keçirəcək. Azərbaycanın quşçuluq təsərrüfatlarında 20 milyon, fərdi təsərrüfatlarda isə bir qədər bundan çox quş saxlanır. Baş baytarın sözlərinə görə, quşçuluq təsərrüfatları bütövlükdə qapalı rejimə keçirilib və burada saxlanan quşlar heç cür çöl quşları ilə təmasda ola bilməz. Bütün bunlara baxmayaraq əhalinin quş ətinə tələbatı kəskin azalıb. Bir çox insanlar quş əti almaqdan və quş ətindən bişirilmiş yeməklərdən imtina edir. Öləkədə yumurta sataşında da kəskin azalma müşahidə edilir.