Bu gün Astanada KazMunayQaz Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında neftin nəqli haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər neft-qaz sahəsində əməkdaşlığı davam etdirmək və Qazaxıstan neftini Azərbaycan ərazisindən nəql etmək, həmçinin ARDNŞ neft-qaz infrastrukturundan birgə istifadə etmək istəklərini bildirir. Bu barədə «Turan» Agentliyi ARDNŞ-a istinadən məlumat yayıb.
Neftin Qazaxıstandan nəqli Xəzər dənizi və Azərbaycan tərəfindən beynəlxalq bazarlara Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə həyata keçiriləcək. Dəniz vasitəsilə neft tankerlərlə daşınacaq və Bakı-Tbilisi-Ceyhan boru-kəmər sisteminə töküləcək.
Başlanğıc mərhələdə bu yol ilə ildə 23 mln. ton neft nəql ediləcək. Sonradan bu həcm 1,5-2 dəfə artırılacaq (ildə 35-36 mln. ton).